• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Parisin çətiri altında gizlənən İrəvanın Fransadan başqa dəstəkçisi qalmayıb -AÇIQLAMA

SİYASƏT

20 Iyul 2024 | 10:37

Parisin çətiri altında gizlənən İrəvanın Fransadan başqa dəstəkçisi qalmayıb -AÇIQLAMA

Məlum olduğu kimi, Böyük Britaniyada Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Oskfordda baş tutan görüş zamanı Ermənistan-Fransa arasında çoxsahəli əməkdaşlıqla bağlı gündəlikdəki məsələlər müzakirə edilib. Həmçinin, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Paşinyan və Makron Ermənistan və Azərbaycan arasında sülh prosesi məsələsinə də toxunublar. Regionda sülhün və sabitliyin təmin edilməsi üçün səylərin vacibliyi vurğulanıb.

Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının inkişafı ilə bağlı fikir mübadiləsi də aparıblar. 

Fransa-Ermənistan rəhbərlərinin görüşünü Bakıvaxtı.az-a şərh edən politoloq Züriyyə Qarayeva deyib ki, hər iki tərəfin sülhlə bağlı ortaya qoyduqları ritorikanı göz önündə tutsaq, Paşinyan-Makron görüşü yalnız sülh danışıqlarını əngəlləmək məqsədi daşıya bilər. 

Ekspert vurğulayıb ki, Ermənistanın post-münaqişə dövründə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən uzaqlaşdıran əsas qüvvə məhz Fransa olub: 

"İşğalçılıq dövründə Cənubi Qafqazda at oynadan, Minsk formatı çərçivəsində təcavüzkarlığın aradan qaldırılması ilə bağlı missiya daşıyan bu ölkə missiyasını yalnız turistik səfərlərdə görüb, İrəvanı, əksinə prosesdən tamamilə yayındırıb. Bu gün bölgədə yaranan yeni reallıqlardan da ən çox narahat olan qüvvə məhz Parisdir. Rusiya ilə rəqabətdə məğlub olaraq Afrikada dayaqlarını itirən Fransa Moskvanın bölgədə üstün güc olmasını qəbul edə bilmir. Bundan savayı məhz müharibədən sonra Cənubi Qafqazda dayaqları güclənən Türkiyə amili də Yelisey sarayının tarixi türk düşmənçiliyi stereotiplərini oyadıb".

Züriyyə Qarayeva: Ermənistanı öhdəlikləri yerinə yetirməkdən uzaqlaşdıran əsas qüvvə məhz Fransadır 

Müsahibimiz qeyd edib ki, üstəlik maraqlarının ciddi şəkildə toqquşduğu Böyük Britaniya faktoru da gözardı edilməməlidir. Onun sözlərinə görə, ölkəmizin haqq işi uğrunda mübarizəsinə hər zaman loyal münasibət sərgiləyən, sülh müqaviləsinin noyabr ayınadək imzalanması təşəbbüsünü irəli sürən və bu istiqamətdə ciddi addımlar atan, xüsusən kommunikasiya əlaqələrinin məhz Bakının tələblərinə uyğun reallaşmasına dəstək verən Britaniya Azərbaycanın Avrasiyada əsas regional güclərdən olmasını qəbullanır. Fransa isə əksinə Bakının maraqları çərçivəsində olacaq istənilən prosesi əngəlləməyə çalışır. Üstəlik Böyük Britaniya qlobal idarəçilikdə mühüm rol oynamaq iddialarını Azərbaycan üzərindən güc mərkəzlərinə göstərir.

Analitik diqqətə çatdırıb ki, Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina edib Makronla görüşməsi də hər iki ölkənin sülh quruculuğu prosesinə olan münasibətini bir daha təsdiqləmiş olur: 

"Bu addım, eyni zamanda Avropada ölkəmizin mövqelərinin necə güclü olduğunun, haqlı mövqeyinin qəbul olunduğunun və dəstəkləndiyinin göstəricisidir. Balans birmənalı şəkildə Bakının lehinə dəyişir. Parisin çətiri altında gizlənən İrəvanın isə Fransadan başqa heç bir dəstəkçisi qalmayıb. Avropada destruktiv gücə çevrilən, buna görə də, mövqeləri tamamilə zəifləyən, sağ-sol qanad arasında mübarizənin dərinləşməsi fonunda ciddi siyasi böhranlarla üz-üzə qalan Parisin çətiri İrəvan üçün nə qədər açıq qalacağı isə sual altındadır".

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Oktyabr 2024