• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Azərbaycan BRİKS-ə qoşulmaq istəyir - Polad Bülbüloğlu

SİYASƏT

18 Avqust 2024 | 17:41 | Müəllif: Subhan Mahmudov

Azərbaycan BRİKS-ə qoşulmaq istəyir - Polad Bülbüloğlu

“Azərbaycan BRİKS-ə qoşulmaq istəyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.

“BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə o bildirib.

BRİKS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata qoşulub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026