• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlikləri Aİ ölkələri ilə müzakirə edir

SİYASƏT

17 Sentyabr 2024 | 16:10

Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlikləri Aİ ölkələri ilə müzakirə edir

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarının Şengen ölkələrinə səfər üçün viza müraciətlərində üzləşdikləri çətinlikləri Avropa İttifaqı ölkələrinin səfirlikləri ilə müzakirə edir.

Bakıvaxtı.az xəəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"Azərbaycan vətəndaşlarının xüsusilə Şengen ölkələrinə səfər üçün viza müraciətlərində üzləşdikləri çətinliklərdən xəbərdarıq. 2013-cü il noyabrın 29-da imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş əsasında təsis edilmiş Avropa İttifaqı-Azərbaycan arasında Birgə Viza Sadələşdirilməsi Komitəsi, o cümlədən Avropa İttifaqına üzv dövlətlər ilə keçirilən ikitərəfli görüşlər və Konsulluq məsləhətləşmələri çərçivəsində qeyd olunan problemlər dəfələrlə tərəfimizdən gündəmə gətirilib",- XİN sözçüsü qeyd edib.

A.Hacızadə vurğulayıb ki, sözügedən sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, Sazişə tərəf olan ölkələrin diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbulu tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul etməlidir:

"Həmin maddənin 3-cü bəndinə əsasən isə ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə, görüş bir qayda olaraq görüş üçün edilmiş müraciət tarixindən etibarən iki həftə ərzində baş tutmalıdır. Bu məsələlər daim Xarici İşlər Nazirliyinin diqqətində saxlanılır".


SON XƏBƏRLƏR

18 Sentyabr 2024