Türkiyədə öldürülən 8 yaşlı Narin Güran cinayətinin istintaqı ilə bağlı son irəliləyişlər açıqlanıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, istintaq çərçivəsində avtomobilində DNT izləri Narinə aid olan əmisi Səlim Güran, cəsədi daşıdığını etiraf edən Nevzat Bəhtiyar, Narinin anası Yüksel Güran və böyük qardaşı Enes Güran da daxil olmaqla 12 nəfər həbs edilib.
Belə ki, Narinin böyük qardaşı Enesin Narinin öldürüldüyü ehtimal edilən vaxt evdə olması onun öz ifadəsi ilə də təsdiqlənib. Onun qolundakı iki dişləmə izindən birinin kimə aid olduğu və buna nəyin səbəb olduğu hələ müəyyən edilməyib.
O, “qəsdən adam öldürmədə iştirak etmək” maddəsi ilə həbs edilib.
Bildirilib ki, qətlin əslində onun tərəfindən törədildiyi və bütün ailənin birləşərək bunu gizlətməsi ilə bağlı ciddi şübhələr var.
Bütün hadisələrin mərkəzində olan və prokurorluğun “qətl icraçısı” kimi həbs etdiyi yeganə şəxs Narinin əmisi Səlim Gürandır.Onun hadisə günü Narinin evinin ətrafında olması və “etirafçı” Nevzat adlı şəxslə əlaqə saxlaması texniki sübutlarla müəyyən edilib.
Səlim Güranın 15 yaşlı fəhlə oğlu bütün günü Səlim Güranla tarlada bir yerdə olduqlarını deyib. Onların ifadələrinin zaman təfərrüatlarında ciddi ziddiyyətlər aşkar edilib. Telefondan gələn dialoq, o cümlədən “Hələ ölməyib...” ifadəsi isə böyük marağa səbəb olub. “Qəsdən adam öldürmədə iştirak” maddəsi ilə həbs edilən şəxslərdən biri də odur.
Narininin anası Narinin qətlə yetirildiyi zaman evdə olması və hətta onun qətlinin şahidi olması ilə bağlı şübhələr var. O, “qəsdən adam öldürmədə iştirak” maddəsi ilə saxlanılıb. Ənəsin qolundakı dişləmələrin ananın Narini əlindən xilas etmək istəyərkən baş verməsi də şübhə doğurur.
İstintaqda ən konkret və iddialı məlumat verən şəxs ailənin qonşusu, Səlim Güranın yaxın dostu Nevzat Bəhtiyardır. O, Səlimin Narini öldürüb, sonra meyiti məhv etmək üçün ona təhvil verdiyini deyib.
Qeyd edək ki, avqustun 21-də Bağlar rayonunun Tavşantəpə məhəlləsində Quran kursundan çıxdıqdan sonra itkin düşən və cəsədi daş və kollarla örtülmüş çuvalın içində tapılan Narin Güranın qətli ilə bağlı Diyarbəkir Respublika Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.
Mina Mikayılova