• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

COP29 sədrliyi olaraq, regional fəaliyyətlərlə bağlı təşəbbüslər irəli sürmüşük

SİYASƏT

19 Iyul 2024 | 19:30

COP29 sədrliyi olaraq, regional fəaliyyətlərlə bağlı təşəbbüslər irəli sürmüşük

Azərbaycan COP29-un örnək olması ilə bağlı öhdəlik götürüb. Biz sədrlik olaraq regional fəaliyyətləri həyata keçirmək üçün təşəbbüslər irəli sürmüşük.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 19-da COP29 sədrliyinin mətbuat konfransında deyib.

“Biz bütün tərəfləri bir araya gətirməyə, iqlim böhranlarından əziyyət çəkən milyonlarla insanın səsini eşitməyə çalışırıq. Onlar dərhal addımlar atılmasını tələb edirlər. COP29-da toplandığımız zaman bu icmaları diqqətimizdə saxlamalı, ortaq öhdəliklər və mənəvi borclarımız haqqında düşünməliyik”.

COP29 sədrliyinin ilk məktubları tərəfdaşlara göndərdiyini vurğulayan M.Babayev bildirib: “Həmin məktubda atılacaq addımların sürətləndirilməsinə çağırış etdik. Bütün prinsipləri, öz vizyonumuzu, atılan addımları və əsas dönüş nöqtələrini nəzərə alaraq şəbəkələr və koordinasiyalı addımlar vasitəsilə bu uğurlu mərama çatmalıyıq. COP29 sədrliyi ədalətli və məsuliyyətli olmalı və 6-cı maddənin yekunlaşdırılmasına çalışmalıdır. Biz bütün digər prioritetlərimizi də həyata keçirməli, “Heç kimi geridə qoymamaq” prinsipi ilə harmoniya şəraitində fəaliyyət göstərməliyik. Biz bütün iqlim sütunlarının, qlobal, regional, milli və digər qrupların da fikirlərini alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq. Bunu inklüziv şəkildə həyata keçirməli və inklüziv nəticələr əldə etməliyik".


SON XƏBƏRLƏR

29 Oktyabr 2024