• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Erməni kilsəsi vergiyə cəlb oluna bilər

DÜNYA

21 May 2024 | 16:23

Erməni kilsəsi vergiyə cəlb oluna bilər

Ermənistan parlamentində yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergi sahəsinə daxil edilməsi məsələsini müzakirə etmək təklif olunur.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu fikri parlamentin spikeri Alen Simonyan səsləndirib.

    “Duyğularımızla, tariximizlə oynamağı artıq dayandırın. Və artıq siyasətlə məşğul ola-ola, diasporadan pul yığıb, şam, coca-cola, şərab satıb, restoranlara sahib olaraq, vergi ödəməməyi dayandırın... Mən başa düşmək istəyirəm ki, əli öpülən din xadimi nə üçün orduya patron alan, vergi ödəyən adi biznesmendən üstün olmalıdır. Mənim üçün iri vergi ödəyiciləri ən vacib adamlardır. Onlar Ermənistanın təhlükəsizliyini maliyyələşdirir", - Simonyan parlamentdə bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Noyabr 2026