ABŞ-nin Nyu-Meksiko ştatında baş verən meşə yanğınlarına nəzarət etmək mümkünsüz hala çatıb.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, yanğınlar nəticəsində 2 nəfər ölüb.
ABŞ-nin Nyu-Meksiko əyalətindən verilən məlumata görə, ştatının cənubunda iki fərqli yerdə baş verən meşə yanğınları ilə mübarizə davam edir. Hələlik yanğınların qarşısını almaq mümkün deyil.
"Cənubi Fork" və "Duz yanğınları" adlandırılan meşə yanğınları nəticəsində Ruidoso kəndi və Mescalero Apache bölgəsində 23 min hektardan (9 min 308 hektar) çox ərazi külə dönüb. Yanğınlar nəticəsində 1400-dən çox tikili yararsız hala düşüb. Onlardan təxminən 500-ü evdir.
Yanğın fəlakəti ştatın tarixində ən dağıdıcı meşə yanğınlarından biri hesab olunur.
Gülşən Şərif














