• Bakı 20° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Hacıqabulda məktəbli vəfat etdi - YENİLƏNİB + FOTO

HADİSƏ

21 May 2024 | 19:46

Hacıqabulda məktəbli vəfat etdi - YENİLƏNİB + FOTO

16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.

Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb".

 

***17:45

Hacıqabul şəhərində məktəbli qız dünyasını dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun təhsil aldığı Hacıqabul şəhər Fərhad Süleymanov adına 3 nömrəli tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, məktəbin Vl sinif şagirdi Aylin Səmədli vəfat edib.

Paylaşıma yazılan şərhlərdə azyaşlının qızılca səbəbindən öldüyü bildirilib.


SON XƏBƏRLƏR