• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Yeni Kaledoniyaya dəymiş ziyanın həcmi açıqlanıb

DÜNYA

21 May 2024 | 16:05

Yeni Kaledoniyaya dəymiş ziyanın həcmi açıqlanıb

Yeni Kaledoniyada etirazlar zamanı sahibkarlara dəyən zərərin məbləği 1 milyard avroya çata bilər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Kaledoniyanın Ticarət və Sənaye Palatasının sədri David Qiyen məlumat verib.

“İndiyədək olan məlumatlara əsasən, zərərin məbləği 1 milyard avroya yaxınlaşır”, - o, “France Culture” radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, sənayedən ticarətə qədər iqtisadiyyatın bütün sektorlarına, xüsusilə də avtomobil satıcılarına təsir göstərib.

Xatırladaq ki, Yeni Kaledoniyada mayın 15-də 12 gün müddətinə fövqəladə vəziyyət elan edilib.


SON XƏBƏRLƏR

30 Iyun 2025