• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik etdi

CƏMİYYƏT

21 May 2024 | 18:08

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

    "Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!", - paylaşımda deyilir.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024