• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Dayqa Mierinya: Ümid edirəm ki, Qafqazın incisi olan Şuşa tezliklə dirçələcək

SİYASƏT

21 May 2024 | 17:34

Dayqa Mierinya: Ümid edirəm ki, Qafqazın incisi olan Şuşa tezliklə dirçələcək

Azərbaycanda səfərdə olan Latviya parlamentinin sədri Dayqa Mierinya Qafqazın incisi olan Şuşa şəhərinin ən qısa zamanda dirçələcəyinə ümidvar olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Latviya parlamentinin sədri latviyalı rəssam Yuli Straumenin 150 illik yubileyinə həsr olunmuş “Yuli Straume -150: Mədəniyyətlər arasında ornamentlər” adlı Latviyanın mədəni irsinin Azərbaycanda təqdimatı zamanı deyib.

“Qarabağ regionuna səfər etmək imkanım olub, bu səfər çox emosional və təsirli idi. Rəssamımız Yuli Straume bu regionda yaşayıb və məktəbdə dərs deyib. Ümid edirəm ki, Qafqazın incisi olan Şuşa ən qısa zamanda yenidən dirçələcək”, - o qeyd edib.

Onun sözlərinə görə, rəsmi olaraq bu il Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur:

“Amma keçmişə nəzər saldıqda deyə bilərik ki, bizim mədəni əlaqələrimiz çox-çox uzaqlara gedib çıxır. Bu sərginin açılışı bizim mədəni əməkdaşlığımızın daha bir sübutudur”.


SON XƏBƏRLƏR

26 Iyul 2024