• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Türkiyədən Əfqanıstana uçuşlar BƏRPA EDİLDİ

DÜNYA

21 May 2024 | 16:37

Türkiyədən Əfqanıstana uçuşlar BƏRPA EDİLDİ

Türkiyənin milli aviasiya daşıyıcısı olan “Turkish Airlines” (“Türk Hava Yolları”) Əfqanıstana uçuşları bərpa edib.

Bakıvaxtı.az xəbər verir ki, üçillik fasilədən sonra birinci aviareys İstanbuldan Kabilə həyata keçirilib.

Paytaxtın hava limanı ərazisində Türkiyənin Kabildəki diplomatik missiyasının təmsilçiləri ilə “Taliban” hərəkatının müvəqqəti hökumətinin üzvləri arasında qarşılanma mərasimi təşkil olunmuşdu.

Türkiyə aviadaşıyıcısının nümayəndələri bildiriblər ki, iki ölkə arasında reyslər bundan sonra həftədə dörd dəfə icra olunacaq.

“Turkish Airlines”ın əfqan xalqının dünyaya “pəncərə”sinə çevriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, Türkiyə ilə Əfqanıstan arasında aviareyslər bu Asiya ölkəsində hakimiyyət dəyişikliyi fonunda 2021-ci il avqustun 15-dən dayandırılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024