Bu gün saat 12 radələrində Qəbələ şəhərində yerləşən xəstəxanada 18 yaşlı rayon sakini İbrahim Rəhimov kəsici alətlə orada çalışan həkim Y.Əsədovun qoluna xəsarət yetirib.
Bakıvaxtı.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, hadisəni törətdikdən sonra ərazi polis orqanına gələrək əməlini etiraf edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.
















