• Bakı 14° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Müdafiə ehtiyaclarının meyarları müəyyənləşdi

CƏMİYYƏT

20 Iyun 2024 | 18:56 | Müəllif: Subhan Mahmudov

Müdafiə ehtiyaclarının meyarları müəyyənləşdi

"Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası" təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.11-ci maddəsinə əsasən hazırlaıb və müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarlarını müəyyən edir, habelə bu məqsədlə alınan malların, işlərin və xidmətlərin satınalınmasının planlaşdırılması, təşkili və keçirilməsi ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.

Bu Qaydanın tələbləri müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarına aid malların, işlərin və xidmətlərin satınalınmasını həyata keçirən dövlət orqanlarına (qurumlarına) şamil edilir.

Bu Qaydanın əsas məqsədi ölkənin müdafiəsini və dövlət təhlükəsizliyini təmin edən dövlət orqanları (qurumları) üçün məxfilik qorunmaqla, operativ şəkildə etibarlı və dayanıqlı təchizatın təmin olunmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR