• Bakı 31° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Bu çərəz qana yaxşı təsir edir

CƏMİYYƏT

20 Iyul 2024 | 13:10

Bu çərəz qana yaxşı təsir edir

Cənubi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, badam yemək orqanizmə faydalı təsir göstərir. Bu çərəz çəki və qanda pis xolesterinin səviyyəsini azaltmağa kömək edir.

Bakıvaxtı.az xəbər verir ki, nəticələr “Obesity” elmi jurnalında dərc olunub.

Müəlliflər iki qrupa bölünmüş 140 nəfərdən ibarət nümunə seçiblər. Birinci qrupun pəhrizinə badam daxil olub, ikincinin pəhrizinə isə yox. Subyektlər üç ay ərzində xüsusi pəhriz edib. Alimlər təcrübənin sonunda və əvvəlində bütün iştirakçıların sağlamlıq göstəricilərini ölçüb.

Nəticələr göstərdi ki, bu qida daha uzun müddət toxluq hissini saxlamağa, bu da öz növbəsində arıqlamağa kömək edir. Həmçinin xolesterinin səviyyəsini normallaşdıraraq və bədəndəki iltihabı azaldaraq ürək-damar sağlamlığını dəstəkləyir.

Alimlərin fikrincə, bu təsiri badamın zülal, lif, doymamış yağlar və antioksidantlarla zəngin olması ilə izah etmək olar.


SON XƏBƏRLƏR

10 Iyul 2025