• Bakı 21° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

ƏMAS sistemi beynəlxalq müsabiqənin mükafatına layiq olub

CƏMİYYƏT

19 Avqust 2024 | 11:19

ƏMAS sistemi beynəlxalq müsabiqənin mükafatına layiq olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Wealth and Finance International” beynəlxalq korporasiyasının təşkil etdiyi “FinTech Awards 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, müsabiqədə “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) ilə iştirak edən Xidmət müsabiqənin qalibi seçilərək “2024-cü ilin Rəqəmsal İnnovatorları” mükafatına layiq görülüb.

100-dən çox ölkədən çoxsaylı layihələrin təqdim olunduğu müsabiqənin qalibləri müstəqil beynəlxalq münsiflər heyətinin qərarı ilə müəyyən edilərək elan olunub.

"Wealth & Finance International" korporasiyası maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıraraq, 2014-cü ildən eyniadlı jurnalda həmin sahələr üzrə yeni uğurlu təcrübələri paylaşır.

Dövlət Əmək Müfəttişliyi Xidməti ötən ay Sinqapurun “World Business Outlook” beynəlxalq media platformasının texnologiya kateqoriyasında "Ən Yaxşı Əmək və Məşğulluq Alt Sistemi" nominasiyası üzrə qalib elan edilib.


SON XƏBƏRLƏR