• Bakı 23° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

CƏMİYYƏT

18 Sentyabr 2024 | 09:46

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bakıvaxtı.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, əlavə təyin edilən qatarlar sentyabrın 21-də saat 09:15-də Bakıdan Ağstafaya, sentyabrın 22-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.


SON XƏBƏRLƏR