• Bakı 23° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Uşaqlarda telefon asılılığı: Nə etməli?

CƏMİYYƏT

18 Sentyabr 2024 | 11:01

Uşaqlarda telefon asılılığı: Nə etməli?

Uşaqlarda telefon aslılığı günümüzün bəlasına çevrilib. İş o yerə çatıb ki, evdə analar uşaqlarını sakitləşdirmək üçün onlara telefon verirlər.

Mütəxəssislər uşaqlarda telefon asılılığının müxtəlif fəsadlara yal açsığını deyiirlər.

Bəs telefon aslılığından təkcə uşaqlarımızı deyil, özümüzü də necə qurtara bilərik?

Mövzu ilə bağlı Bakıvaxtı.az- a açıqlama verən psixoloq Ülkər Məhərrəmova bildirib ki, pandemiyadan sonrakı problemlərdən biri də uşaqlarda yaranan telefon aslılığıdır. Onun sözlərinə görə, eyni zamanda onlayn dərslər də uşaqların telefondan asılılığına səbəb oldu:

“Pandemiyanın bitməsinə baxmayaraq valideyinlər uşaqlarını bu aslılıqdan qurtara bilmirlər”.

Ülkər Məhərrəmova, psixoloq

Müsahibimiz valideyinlərin də telefona çox bağlı olduqlarını qeyd edib. Bildirib ki, buna səbəb bəzilərinin gündəlik məlumatları telefon vasitəsilə əldə etməsidirsə, əksəriyyətin sosial şəbəkəyə daha çox bağlanmasıdır.

Psixoloq hesab edir ki, valideynlər uşaqlarını telefon asılılığından qurtarmaq istəyirlərsə, buna ilk növbədə özlərindən başlamalıdırlar. Belə ki, onun sözlərinə görə, evdə ata-ana uşaqları ilə canlı ünsiyyəti artırmalıdır, bir-birini dinləməlidir, övladları ilə birlikdə vaxt keçirməlidirlər.

Ü.Məhərrəmova bildirib ki, uşaqların kitab oxumaq həvəslərini artırmaq üçün hər gün çox olmasa da, qısa müddətdə kitab oxuma davranışı sərgiləməlidirlər. Belə ki, əgər evdə ata və ya ana telefonu bir kənara qoyub, kitab oxusa, övladı da ona baxıb o addımı atacaq. Uşaqlara yaşına uyğun kitab hədiyyə etmək onun kitaba olan marağını artıracaq”.

Telefon oyunıları yox, valideynlərin uşaqlarıyla real oyunlar oynaması da onların telefon aslılığını azaldan addımlar sırasındadır.

Nuray Paşşanlı


SON XƏBƏRLƏR