• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Ziya Məmmədovun qardaşı deputat olmaq istəyir

CƏMİYYƏT

20 Iyul 2024 | 13:47

Ziya Məmmədovun qardaşı deputat olmaq istəyir

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, o, 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olub.

Məlumata görə, sabiq deputatın namizədliyi artıq qeydə alınıb.

70 yaşlı Elton Məmmədov Ucar rayonundandır. O, Milli Məclisin II, III və IV çağırış deputatı olub.

Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb.

Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir.


SON XƏBƏRLƏR

15 Iyul 2025