• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Əziz Orucov barədə qərar verildi

CƏMİYYƏT

21 May 2024 | 14:16 | Müəllif: Qalib İbrahimoğlu

Əziz Orucov barədə qərar verildi

Məhkəmə Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə onun həbs müddəti bir ay uzadılıb.

Qeyd edək ki, o, ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026