• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb - VİDEO YENİLƏNİB

DÜNYA

21 May 2024 | 15:27

İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb - VİDEO - YENİLƏNİB

Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb.

Bakıvaxtı.az “Tasnim”-ə istinadən xəbər verir ki, cənazələri daşıyan təyyarə Mehrabad hava limanına çatıb. Sabah onlarla Tehranda vida mərasimi keçiriləcək.

    Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.

    ***

    10:34

    Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən dövlət rəsmiləri ilə vida mərasimi başlayıb.

    Bakıvaxtı.az-ın İran mediasına istinadən xəbərinə görə, tədbir Təbrizdə keçirilir.

      Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.

       


      SON XƏBƏRLƏR

      26 Iyul 2024