Mayın 22-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
***
23:41
Sumqayıtda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, ana və onun üç uşağının vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, şəhərin 13-ci mikrorayonunda yaşayan bir ailənin dörd üzvü dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.
***
21:47
Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.
Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.
Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşadırma aparılır.
















