• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Çin XİN Blinkeni tənqid etdi

DÜNYA

21 May 2024 | 14:08

Çin XİN Blinkeni tənqid etdi

Çin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Antoni Blinkeni tənqid edib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, buna səbəb Tayvanın Baş Qərargah rəisi Lai Qinqdeni andiçmə mərasimi münasibətilə təbrik etməsidir.

"Bu, Birləşmiş Ştatların Tayvan bölgəsi ilə yalnız mədəni, ticarət və digər qeyri-rəsmi əlaqələri saxlamaqla bağlı üzərinə götürdüyü siyasi öhdəliyin ciddi şəkildə pozulmasıdır".

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Blinkenin Tayvan separatçı qüvvələrinə yanlış siqnal göndərdiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, Pekin Vaşinqtona diplomatik şikayət edib və onu səhvlərini dərhal düzəltməyə çağırıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026