• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Stoltenberq: "Çin Rusiyaya dəstəyin əvəzini ödəməlidir"

DÜNYA

20 Iyun 2024 | 12:53 | Müəllif: Gülşən Şərif

Stoltenberq: "Çin Rusiyaya dəstəyin əvəzini ödəməlidir"

"Çin öz siyasətini dəyişməsə, Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsinin nəticələrini çəkməlidir".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

NATO-nun Ukraynaya verdiyi dəstəyə toxunan Stoltenberqin sözlərinə görə, Ukrayna vaxtı gələndə NATO-ya üzv ola biləcək:

"Hazırkı məqamda Çin Rusiyaya dəstək olmaqla, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük silahlı münaqişəsini qızışdırır".

Stoltenberqin açıqlaması ilə bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jiang bildirib ki, NATO Ukrayna böhranı ilə bağlı Çinə qarşı özbaşına və böhtan xarakterli hücumlar etmək əvəzinə öz hərəkətlərinə yenidən baxmalıdır.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR