Moskva tezliklə Ermənistanın Qafan şəhərində Rusiyanın baş konsulluğunun açılmasını gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət katibi və xarici işlər nazirinin müavini Yevgeni İvanov TASS-a bildirib.
Onun sözlərinə görə, Ermənistanda baş konsulluğun açılması, Maldiv adalarında baş konsulluğun açılması ilə bağlı sərəncamlar verilib:
“İndi İndoneziyada Bali adasında baş konsulluq açılacaq. Hazırda bunun üzərində işləyirik. Ümumiyyətlə, bu, maddi-texniki və texniki baxımdan intensiv xarakter daşıyır”, - baş diplomat qeyd edib.
Ermənistanda baş konsulluğun açılmasının təxmini müddəti ilə bağlı suala diplomat bildirib ki, bu, “yaxın gələcək üçün” planlaşdırılır:
"Biz bunu ilin sonuna qədər gözləyirik", - xarici işlər nazirinin müavini əlavə edib.
İvanov həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "bir sıra Afrika ölkələrində" yeni Rusiya diplomatik nümayəndəliklərinin açılması ilə bağlı daha əvvəl açıqladığı planları təkrarlayıb.
Günel Abbas
















