• Bakı 25° C

    13.59 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Aİ və Maldova saziş imzalayıb

DÜNYA

21 May 2024 | 16:23

Aİ və Maldova saziş imzalayıb

Avropa İttifaqı (Aİ) və Moldova müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrel “X” sosial şəbəkəsindəki hesabında bildirib .

“Belə tərəfdaşlıqlar bu ölkənin dayanıqlığını artıracaq. Bu, bizə təhlükəsizlik sahəsində ümumi problemləri birgə həll etməyə, qarşılıqlı fəaliyyətimizi daha səmərəli etməyə və əməkdaşlığın yeni sahələrini kəşf etməyə imkan verəcək”.

Borrell həmçinin vurğulayıb ki, Kişinyov Avropa İttifaqı ilə belə bir müdafiə sazişi bağlayan ilk ölkədir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

01 Iyul 2025