• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Tərtərdə mina partlayışı - ölən var

HADİSƏ

21 May 2024 | 16:09

Tərtərdə mina partlayışı - ölən var

Tərtər rayonunda mina hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

    Məlumatda bildirilib ki, 2024-cü il 21 may tarixində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

    1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

    ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Sentyabr 2026