• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Doğum evində qazidən rüşvət tələb edildi - TƏBİB araşdırma aparır

HADİSƏ

20 Iyun 2024 | 12:32

Doğum evində qazidən rüşvət tələb edildi - TƏBİB araşdırma aparır

Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində Vətən müharibəsi qazisindən rüşvət tələb olunduğuna dair görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb.

İddiaya görə, Sevinc adlı tibb bacısı qazidən övladının anadan olmasına görə pul istəyib.

Görüntülərlə bağlı TƏBİB-lə əlaqə saxldıq. Qurumdan Modern.az-a verilən məlumata görə, TƏBİB sözügedən görüntülərdən xəbərdardır.

"Zəruri araşdırmalar edildikdən sonra məlumat veriləcək", - açıqlamada deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026