Qusarda yük maşını ilə minik avtomobili toqquşub.
Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Eyvazov Pərviz Şərif oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil ilə , “VAZ 2107” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində həmin avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Xaspoladov Albert Azik oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.