• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Xaçmazda ağır qəza: 5 nəfər yaralandı

HADİSƏ

18 Avqust 2024 | 19:58 | Müəllif: Subhan Mahmudov

Xaçmazda ağır qəza: 5 nəfər yaralandı

Xaçmaz rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Xaçmaz-Niyazabad avtomobil yolunda qeydə alınıb.

Beləki, "Toyota Prado" markalı nəqliyyat vasitəsi qarşı tərəfdən hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri - 1995-ci il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə, həmçinin Bakı şəhər sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026