• Bakı 19° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Bakıda oğul 57 yaşlı anasını öldürdü - təslim oldu - YENİLƏNİB

HADİSƏ

20 Iyul 2024 | 10:20

Bakıda oğul 57 yaşlı anasını öldürdü - təslim oldu - YENİLƏNİB

Anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Qaradağ rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    ***

    10:00

    İyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu - 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib.

      Araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      22 May 2025