• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

 

Şengen vizası bahalaşacaq

DÜNYA

21 May 2024 | 14:48

Şengen vizası bahalaşacaq

Şengen vizası iyunun 11-dən bahalaşacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyası qısamüddətli Şengen vizasının (C növü vizası) qiymətini inflyasiya səbəbindən 12% artırmaq qərarına gəlib. Belə ki, gələn aydan böyüklər üçün bu məbləğ 90 avro (təxminən 166,2 manat), 6-12 yaş uşaqlar üçün isə 45 avro (83,1 manat) olacaq. 

Qeyd edək ki, bundan əvvəl Şengen vizasının qiymətləri böyüklər üçün 79,2 avro (146,3 manat) və uşaqlar üçün 39,6 avro (73,1 manat) olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026