Azərbaycanın daha iki yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) bu raundda iştirak hüququ əldə ediblər.
Ruslan Nurullayev (72 kq) yarımfinalda məğlub olub və bürünc medal uğrunda mübarizə aparacaq. Fərahim Mustafayev (67 kq) 1/4 finalda, Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində uduzub.
Bu gün həmçinin Laçın Vəliyev (87 kq) və Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.