• Bakı 21° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Futbol üzrə Amerika Kuboku start götürür

İDMAN

20 Iyun 2024 | 16:27

Futbol üzrə Amerika Kuboku start götürür

İyunun 21-də futbol üzrə Amerika Kuboku start götürəcək.

Bakıvaxtı.az xəbər verir ki, 48-ci turnir ABŞ-də təşkil olunacaq.

Açılış matçında son dünya çempionu Argentina Kanadanı sınağa çəkəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.

Turnirdə on kollektiv Cənubi Amerika Futbol Konfederasiyasını (CONMEBOL), digər altısı isə Şimali, Mərkəzi Amerika və Karib hövzəsini (CONCACAF) təmsil edir.

A qrupu: Argentina, Peru, Çili, Kanada

B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka

C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya

D qrupu: Braziliya, Kolumbiya, Paravay, Kosta-Rika

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq. Son olaraq Argentina yığması 2021-ci ildə turnirin qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR