• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rus qadın döyüşçü dopinqə görə cəzalandırıldı

İDMAN

20 Iyul 2024 | 15:06 | Müəllif: Gülşən Şərif

Rus qadın döyüşçü dopinqə görə cəzalandırıldı

Ultimate Döyüş Çempionatının (UFC) rusiyalı döyüşçüsü İrina Alekseyeva antidopinq qaydalarını pozduğuna görə bir il müddətinə diskvalifikasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.

21 iyun 2023-cü il tarixində ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən götürülmüş Alekseyevanın dopinq nümunəsində ekzogen mənşəli testosteron tapılıb. Diskvalifikasiya 2023-cü il oktyabrın 15-dən başlayır. 15 oktyabr 2024-cü ildə o, oktaqona qayıda biləcək.

15 oktyabr 2023-cü ildə rus qadın britaniyalı Melissa Dixonla rinqə çıxıb. Döyüş UFC Vegas 81 turniri çərçivəsində baş tutub.

Qarışıq döyüş sənətlərində Alekseyeva 7 döyüş keçirib, 5 qələbə qazanıb və 2 məğlubiyyət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR