• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"Qarabağ" pley-off yarışları üçün Xorvatiyaya yola düşüb

İDMAN

19 Avqust 2024 | 15:01 | Müəllif: Əli Hüseynov

"Qarabağ" pley-off yarışları üçün Xorvatiyaya yola düşüb

UEFA Çempionalar Liqasının pley-off mərhələsində "Dinamo Zaqreb"in rəqibi olan Ağdamın "Qarabağ" klubu pley-off mərhələsinin ilk görüşü üçün Xorvatiyaya yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, "köhlən atlar" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn komandamız bu gün Xorvatiyanın Zaqreb şəhərinə yollanıb.

Komandalar arasında keçiriləcək ilk görüş avqust ayının 20-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubunu 7:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanmışdı. /Manşet


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR