• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

UEFA "Real"I cəzalandıra bilər

İDMAN

18 Sentyabr 2024 | 13:18

UEFA RealI cəzalandıra bilər

UEFA İspaniyanın "Real" klubunu maliyyə pozuntularına görə cəzalandıra bilər.

Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi dövlət vəsaitlərinin sui-istifadəsində ittiham olunur.

Bu barədə İspaniya Ali Məhkəməsinin fəxri hakimi Xose Antonio Palin bildirib.

"Real" dövlət pulu şəklində "dopinq" alır. Bu, parkinq, qeyri-futbol və idmanla əlaqəli fəaliyyətlərlə bağlıdır. Onların hətta UEFA ilə də problemləri ola bilər, - deyə Xose Antonio Palin vurğulayıb.

O, "Santyaqo Bernabeu" stadionundakı səs-küyü "ətraf mühitə qarşı cinayət" adlandırıb. Palin deyib ki, stadionun səs izolyasiyasını təmin etmək texniki cəhətdən mümkün deyil.


SON XƏBƏRLƏR