• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Tennisçilərimiz beynəlxalq turniri 4 medalla başa VURDULAR

İDMAN

17 Oktyabr 2024 | 19:31

Tennisçilərimiz beynəlxalq turniri 4 medalla başa VURDULAR

Birləşmiş Ərəb Əmirliklərində “WTT Youth Contender” turnirinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, yarışın son günündə Azərbaycan milli komandasının aktivinə daha bir medal yazılıb. 13 yaşlı idmançıların şəxsi mübarizəsində 3-cü yeri tutan Onur Quluzadə bu gün 15 yaşlıların yarışında da eyni nəticəni təkrarlayıb.

Xatırladaq ki, yarışın ilk günlərində Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda bürünc mükafata layiq görülmüşdü.

Qeyd edək ki, beynəlxalq yarışda 29 ölkənin idmançıları mübarizə aparıblar.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024