• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

"Bavariya" rekorda imza atdı

İDMAN

18 Sentyabr 2024 | 09:58

Bavariya rekorda imza atdı

UEFA Çempionlar Liqasının Liqa mərhələsində Zaqreb "Dinamo"sunu 9:2 hesabı ilə məğlub edən Almaniyanın "Bavariya" klubu rekorda imza atıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi yarışın əsas mərhələsində bir oyunda ən çox qol vuran komanda ünvanına yiyələnib.

Buna qədər Çempionlar Liqasının əsas mərhələsində ən böyükhesablı qələbəni İngiltərənin "Liverpul" klubu qazanmışdı. Mersisayd təmsilçisi Türkiyənin "Beşiktaş" komandasını 8:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Vinsent Kompaninin baş məşqçisi olduğu komandanın heyətində Harri Keyn (4), Rafael Gerrero (2), Leroy Sane, Leon Qoretska və Maykl Olise fərqlənib. "Dinamo"nun qollarını isə Bruno Petkoviç və Takuya Oqivara vurub.


SON XƏBƏRLƏR