• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Avroliqa: "Barselona" "Monako"ya qalib gəlib

İDMAN

17 Oktyabr 2024 | 14:56

Avroliqa: Barselona Monakoya qalib gəlib

Basketbol üzrə Avroliqada III turun oyunlarına yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son matçında İspaniya nəhəngi "Barselona" doğma meydanda "Monako" (Fransa) ilə qarşılaşıb. Görüş ev sahiblərinin 86:71 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Barselona" 2-ci, "Monako" isə 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə Serbiyanın "Srvena Zvezda" komandası başçılıq edir.

Turun daha əvvəl reallaşan oyunlarında "Fənərbağça" (Türkiyə) "Srvena Zvezda"nı (Serbiya) 57:76, "Anadolu Efes" (Türkiyə) "Makkabi Tel-Əviv"i (İsrail) 91:93, "Real Madrid" "Baskonia"nı 76:72 (hər ikisi İspaniya),"Partizan" (Serbiya) "Bavariya"nı (Almaniya) 86:78, "Alba Berlin" (Almaniya) "Lion-Villeurbanne"nı (Fransa) 84:79, "Olimpiakos" (Yunanıstan) "Olimpia Milano"nu (İtaliya) 89:68, "Paris" (Fransa) "Panatinaikos"u (Yunanıstan) 84:80, "Zalgiris Kaunas" (Litva) "Virtus Bolonya"nı (İtaliya) 71:68 hesabı ilə məğlub edib.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024