Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, VI qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gələcək.
Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Avropa çempionatının seçmə mərhələsi
VI qrup
16 noyabr
14:00. Yunanıstan - Azərbaycan
Baş hakim: Yon Orlik (Moldova).
"Tunari" stadionu.
Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub.