• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Heydərov reytinq xallarına görə lider olaraq qalır

İDMAN

17 Oktyabr 2024 | 16:10

Heydərov reytinq xallarına görə lider olaraq qalır

Olimpiya çempionu Hidayət Heydərovun (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında topladığı reytinq xallarının sayına görə liderliyi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, dünya reytinq cədvəlində 1-ci olan azərbaycanlı idmançının 9004 xalı var.

Əgər Olimpiadadan sonra onun göstəricisi 10004 xal idisə, sonradan reytinq cədvəli müəyyən dəyişikliklərə məruz qalıb və əvvəlki nəticələr zamanla öz reytinq dəyərini itirib.

İkinci yerdə digər Olimpiya çempionu Zelim Kotsoev (100 kq) qərarlaşıb. O isə 7762 xala malikdir.

Gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) 7335 xalla üçüncü yerdə qərarlaşıb.

İdman.biz


SON XƏBƏRLƏR

17 Oktyabr 2024