• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ançelotti Ardadan üzr istəyib?

İDMAN

19 Avqust 2024 | 12:52

Ançelotti Ardadan üzr istəyib?

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasında “Malyorka” ilə oyundan sonra Arda Gülərlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

İddiaya görə, Ançelotti Gülərlə danışaraq peşman olduğunu bildirib və üzr istəyib: “Səhv etdim, dəyişiklikləri daha əvvəl etməliydim”.

Buna səbəb çalışdırıcının futbolçunu matçın son hissəsində oyuna çıxarması olub.

Qeyd edək ki, İspaniya La Liqasının ilk həftəsində “Real Madrid” - “Malyorka” mübarizəsi 1:1 hesablı bərabərliklə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR