• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

UEFA Çempionlar Liqası: I turda 6 qarşılaşma baş tutub - YENİLƏNİB

İDMAN

18 Sentyabr 2024 | 01:07

UEFA Çempionlar Liqası: I turda 6 qarşılaşma baş tutub - YENİLƏNİB

2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda altı qarşılaşma baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında “Liverpul” səfərdə “Milan”ın öhdəsindən gəlib, “Bavariya” “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Dinamo”nu (Zaqreb) darmadağın edib, “Real Madrid” “Ştuttqart”ı yenib, “Sportinq” isə “Lill” üzərində inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1

“Yanq Boys” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3

“Bavariya” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3

“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1

“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.

22:43

2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin ilk iki oyununda "Yuventus" (İtaliya) evdə PSV-ni (Niderland) 3:1, "Aston Villa" (İngiltərə) isə səfərdə "Yanq Boys"u (İsveçrə) 3:0 hesabı ilə məğlub edib.

Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın şahidi olacaqlar.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

"Yuventus" (İtaliya) - PSV (Niderland) 3:1

"Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə) 0:3

23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

23:00. "Real" (Madrid, İspaniya) - "Ştutqart" (Almaniya)

23:00. "Sportinq" (Portuqaliya) - "Lill" (Fransa)

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024