• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

"Sabah" Çempionlar Liqasında debüt etdi

İDMAN

17 Sentyabr 2024 | 20:15

Sabah Çempionlar Liqasında debüt etdi

Azərbaycanın "Sabah" basketbol klubu bu gün Çempionlar Liqasında debüt matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində təşkil olunan yarışın təsnifat mərhələsinin 1/4 finalında litvalı məşqşi Rimas Kurninaytisin rəhbərlik etdiyi "Sabah" İsveç çempionu "Norçeppinq Dolfins"lə qarşılaşıb. 

Görüş rəqibin 75:71 (18:15, 19:18, 11:23, 23:19) hesablı qələbəsi ilə başa çatıb. Bu, Azərbaycanın basketbol tarixində Çempionlar Liqasında ilk oyun olub.

"Norçeppinq Dolfins növbəti mərhələdə İsveçrənin "Friburq Olimpik" komandası ilə üz-üzə gələcək. "Sabah" isə mübarizəni Avropa kuboku turnirində davam etdirəcək.

Əlavə edək ki, sentyabrın 21-də təsnifat turnirində qalib müəyyənləşəcək. Həmin komanda İspaniya, İtaliya və Almaniya çempionarı ilə birgə ÇL-in G qrupunda mübarizə aparacaq.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024