• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

“Qarabağ”ın rəqibindən yeni transfer

İDMAN

18 Sentyabr 2024 | 00:21

“Qarabağ”ın rəqibindən yeni transfer

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayaks” heyətinə yeni oyunçu cəlb edib.

Bakıvaxtı.az xəbər verir ki, “İnter”dən ayrılan Devi Klassen Niderland klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Niderland millisinin sabiq üzvü “Ayaks”a azad agent kimi qoşulub. Devi Klassen 2011-2017 və 2020-2023-cü illərdə də “ağ-qırmızılar”da çıxış edib.

Qeyd edək ki, “Qarabağ” 3-cü turda Bakıda “Ayaks”ı qəbul edəcək. Matç oktyabrın 24-də keçiriləcək.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024