• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

"Əl-Nəsr" klubunun baş məşqçisi qovuldu

İDMAN

17 Sentyabr 2024 | 19:22

Əl-Nəsr klubunun baş məşqçisi qovuldu

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kollektivi baş məşqçisi Luiş Kaştru ilə yollarını ayırıb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis son dövrlərdəki uğursuz nəticələrə görə vəzifəsindən qovulub.

Portuqaliyalı çalışdırıcı 2023-cü ildən Asiya təmsilçisinin uğurları üçün çalışırdı.

Qeyd edək ki, "Əl-Nəsr" klubu son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024