• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Azarkeşlər tribunaya tüstü bombası qoydular - VİDEO

İDMAN

19 Avqust 2024 | 11:33

Azarkeşlər tribunaya tüstü bombası qoydular - VİDEO

Macarıstan Liqasında “Ferençvaroş” – “Uypeşt” derbisində azarkeşlər tribunaya tüstü bombası yerləşdiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

“Ferençvaroş” tərəfdarları matçdan əvvəl “Uypeşt” azarkeşlərinin yerləşdiyi səfər tribunasına tüstü bombası yerləşdirib. Matç zamanı bombanı pultla işə salıblar.

Həmin anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, qarşılaşmada sevinən tərəf ev sahibi “Ferençvaroş” olub. Onlar  90+2-ci dəqiqədə Tosin Kehindenin vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. 

Sözügedən görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR