• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Neymar üçüncü dəfə ata olub

İDMAN

20 Iyul 2024 | 11:00

Neymar üçüncü dəfə ata olub

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar üçüncü dəfə ata olub.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu bu barədə özü açıqlayıb.

O, iyulun 3-də qız övladının - Helenanın dünyaya göz açdığını bildirib.

Neymarın hər üç övladı fərqli qadınlardandır. Braziliyalı futbolçunun 2011-ci ildə Karolina Dantos Davi Lukadan bir oğlu dünyaya gəlib. Keçən ilin oktyabrında o, ikinci dəfə ata olub və Maevi adlı qızının doğulmasından bir ay sonra keçmiş sevgilisi Bruna Byankardidən ayrılıb. Neymarın ikinci qızını isə qısa müddət münasibətdə olduğu Amanda Kimberli dünyaya gətirib.

Qeyd edək ki, 32 yaşlı futbolçu ötən yay Fransanın PSJ klubundan Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"a transfer olunub. Hücumçu zədə səbəbindən ötən mövsüm cəmi 5 oyunda meydana çıxıb.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025