• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

UEFA-dan Asim Xudiyevə növbəti təyinat

İDMAN

20 Iyul 2024 | 12:26

UEFA-dan Asim Xudiyevə növbəti təyinat

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

A.Xudiyev, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq.

Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşmanı kosovolu baş hakim Visar Kastrati idarə edəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 25-də keçiriləcək.


SON XƏBƏRLƏR

15 Iyul 2025